Ərdoğan Rusiyaya səfər edəcək

Dünya

16.10.2019 - 04:42

Ərdoğan Rusiyaya gedəcək 

 

Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Rusiyaya işgüzar səfərə dəvət edib.

 

AYNA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul edib.

 

“Vladimir Putin, Rəcəb Tayyib Ərdoğanı yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. Dəvət qəbul edilib”.

 

Müəllif: Ayna.az