Əfqanıstanda Gürcüstanın 10 hərbçisi koronavirusa yoluxub

Dünya

17.07.2020 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilərin vəziyyəti normal qiymətləndirilir

 

Gürcüstanın Əfqanıstandakı sülhməramlı qüvvələrin tərkibində xidmət edən 10 hərbi qulluqçu koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, ümumilikdə Gürcüstanın Əfqanıstandakı hərbçilərindən 38 nəfərdə koronavirus aşkarlanıb. NATO-nun Əfqanıstandakı hərbi rəhbərliyinin qərarı ilə gürcü hərbçilər iki mərhələdə Gürcüstana gətiriliblər. Onlardan 28 nəfəri iyulun 10-da, qalan 10 nəfəri isə bu gün Almaniya Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Tbilisiyə gətirilib. Hərbçilərin vəziyyəti normal qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş