Amerika sahillərində gəmi yanıb, 30 nəfərin aqibəti bəlli deyil

Dünya

03.09.2019 - 13:22

Yanğın başlayan kimi 5 nəfər özünü dənizə ataraq xilas olub

 

Dünən gecə ABŞ-ın Kaliforniya ştatı sahillərində bir dalğıc gəmisində şiddətli yanğın baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər ölüb, 30 nəfər itkin düşüb. 

 

ABŞ Sahil Təhlükəsizlik Təşkilatının təmsilçisi Mark Barney açıqlama verib ki, 39 nəfərin olduğu gəmidə, cəmi 5 nəfər xilas ola bilib: “Yanğın başlayan kimi 5 nəfər özünü dənizə ataraq xilas olub. Lakin yanğından xəbərsiz olan 30 nəfər, çox güman ki, gəminin batması ilə dənizdə itkin düşüb. Axtarışları davam etdirirk”.

Müəllif: Ayna.az