Tiflisdən İrəvana sərt qadağa qoyula bilər

Dünya

13.07.2019 - 21:23

Ermənistanda un, çörək və ətin qiyməti artacaq

 

Gürcüstan Ermənistana buğda gətirilməsinə qadağa qoya bilər.

 

AYNA Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb.

 

"Keçən il Gürcüstan hökuməti 1 sentyabrdan etibarən gürcü yollarının yüklənməsini səbəb gətirərək Ermənistan buğda idxalına qadağa qoymuşdu. O zaman Ermənistan hökuməti bu qadağanın qarşısını ala bildi, amma indi problem yenidən aktuallaşır. Bu dəfə qadağa 1 oktyabrda qüvvəyə minə bilər. Əgər bu baş verərsə, o zaman un, çörək və ətin qiyməti artacaq", - deyə qəzet bildirib.

Müəllif: Ayna.az