Braziliyada son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Dünya

14.07.2020 - 06:49

Həkimlər Klinikalar SEO Xidməti

Bu günədək 1,1 milyondan çox xəstə müalicə olunaraq sağalıb

 

Braziliyada son sutka ərzində daha 20 286 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 884 967 nəfər yoluxub. Bu müddət ərzində 72 833 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 733 nəfər olub.

 

Həmçinin bu günədək 1,1 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

 

Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş