Kürdləri məyus edəcək xəbər var

Dünya

20.06.2019 - 20:48

Merkel: “Müstəqil kürd dövlətinin yaradılması heç də bu coğrafiyada əmin-amanlığın bərqərar olmasına xidmət etməyəcək”

 

Almaniyanın Baş Naziri Angela Merkel İraqda müstəqil kürd dövlətinin yaradılmağına qarşı olduğunu bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki,  Merkel İraqın ərazi bütövlüyünün bölgədəki təhlükəsizlik üçün vacib olduğunu deyib.

 

“Müstəqil kürd dövlətinin yaradılması heç də bu coğrafiyada əmin-amanlığın bərqərar olmasına xidmət etməyəcək. İraqda yaşayan kürdlər də digər vətəndaşlarla bərahüquqludurlar. Burada heç bir xalqla bağlı ayrı-seçkiliyə yol vermək olmaz” – deyə o vurğulayıb.

 

Qeyd edək ki, Almaniya 2 il öncə İraqın şimalında “Kürdüstan” bölgəsi adlandırılan bölgədə keçirilən “müstəqillik referendumunu” dəstəkləmişdi.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə