Türkiyə hərbçiləri Əsədin 18 döyüşçüsünü saxlayıblar

Dünya

30.10.2019 - 01:50

Həkimlər Klinikalar SEO Xidməti

Axtarış və kəşfiyyat tədbirlərinin gedişatında 18 nəfər tutulub

 

Türkiyənin silahlı qüvvələri Suriyanın hökumət qoşunlarının tərkibinə daxil olduqları güman edilən bir neçə hərbçini saxlayıb.

 

AYNA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd edilir ki, Ras-əl-Aynın cənub-şərqində aparılan axtarış və kəşfiyyat tədbirlərinin gedişatında 18 nəfər tutulub. Onların Suriya prezidenti Bəşşar Əsədin döyüşçüləri olduqları bildirilir. Bununla əlaqədar Rusiya Federasiyasının vəzifəli şəxsləri ilə araşdırma və əlaqələndirmə işləri keçiriləcək.

 

Ras-əl-Ayn hazırda Türkiyə Silahlı Qüvvələrinin və Suriya Azadlıq Ordusu döyüşçülərinin nəzarəti altındadır.

Müəllif: Ayna.az