İran Prezidenti: “ABŞ sanksiyaları aradan qaldırsa, bölgə ölkələri ilə daha yaxşı və etibarlı əlaqələr qura bilər”
İran Prezident Həsən Ruhani yenidən ABŞ-ın ünvanına ittihamlar səsləndirib. AYNA bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.
“ABŞ İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırsa və başqa dövlətləri də buna məcbur etməsə, bölgə ölkələri ilə daha yaxşı və etibarlı əlaqələr qura bilər. Lakin etmirlər və özlərinə problem yaradırlar”, - deyə Ruhani bildirib.
ABŞ-ın sanksiyaları aradan qaldıracağı təqdirdə, vəziyyətin dəyişə biləcəyini söyləyən Ruhani, “ABŞ qarşı çıxsa da, çıxmasa da, bizim nüvə məsələsindəki mövqeyimiz dəyişməyəcək”, - deyə əlavə edib.