Braziliyada bir gündə mindən çox insan koronavirusdan ölüb

Dünya

01.08.2020 - 18:22

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma və ölüm sayına görə Braziliya ABŞ-dan sonra ikinci yerdədir

 

Braziliyada son 24 saat ərzində 1212 nəfər koronavirusdan ölüb, 52 min 383 nəfər isə yoluxub. AYNA xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat verib.

 

Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 92 min 475-ə, yoluxanların sayı isə 2 milyon 662 min 485-ə çatıb.

 

Bununla yanaşı, Braziliyada bu gün qədər virusdan sağalanların sayı 1 milyon 844 min 51 nəfər olaraq qeyd edilib.

 

Qeyd edək ki, COVID-19-a yoluxma və ölüm sayına görə Braziliya ABŞ-dan sonra ikinci ölkədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş