Tramp miqrantları ABŞ-dan çıxarır

Dünya

19.06.2019 - 13:56

Prezident Donald Tramp ABŞ-a illeqal yollarla gələn miqrantların öz ölkələrinə geri qaytarılmaları ilə bağlı müzakirələrin gələn həftədən etibarən başlayacağını bildirib.

 

AYNA xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabından paylaşıb. O, açıqlamasında ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin ölkəyə qaçaq yollarla daxil olan miqrantların deportasiya edilmə məsələləri ilə bağlı müzakirələrə gələn həftədən başlayacağını qeyd edib.

 

Tramp həmin şəxslərin ABŞ-dan ən qısa zamanda çıxarılacaqlarını vurğulayıb.

 

Qeyd edək ki, ikinci dəfə prezidentliyə namizədliyini verəcəyini bildirən Tramp çıxışlarında tez-tez Latın Amerikasından gələn miqrantlarla bağlı fikirlər səsləndirib: “Qanun çərçivəsində ölkəmizə miqrasiya tələb edən insanlara dəstək olmağa hazırıq, lakin cinayətkarlara heç bir halda qucaq açmayacağıq”..

Müəllif: Ayna.az