Eduard Flipp Qavr sakinlərinin səslərinin 58,83 faizini toplayıb
Fransanın Baş Naziri Eduard Flipp şəhər meri seçilib. AYNA xarici mediaya istinadən bildirir ki, o, rəqibini üstələyərək, Qavr şəhərinə başçı olub.
Baş Nazir Qavr sakinlərinin səslərinin 58,83 faizini toplayıb. Onun rəqibi, Fransa Kommunist Partiyasının təmsilçisi Jan Pol Lekok 41,17 faiz səs yığıb.
Yeni mer Baş Nazir postundan imtina etməsi ilə bağlı planlarını açıqlamayıb. Bundan əvvəl, o qeyd etmişdi ki, mer seçilərsə, Fransa Prezidentinin müvafiq qərarı verdiyi halda hökumət başçısı postunda qalmayacaq.