Qardaş qardaşı güllələdi - <font color=red> FOTO</font>

Dünya

10.07.2019 - 00:25

Həkimlər Klinikalar SEO Xidməti

Böyük qardaşını mağazasının önündə güllələdi

 

Türkiyənin Tekirdağ şəhərində dəhşətli hadisə baş verib. Məlumata görə, Çerkezköy qəsəbəsində Ferdi K. adlı şəxs öz mağazasının önündə dayanarkən, Fevzi K. adlı kiçik qardaşı maşınla yaxınlaşaraq odlu silahdan atəş açıb.

 

AYNA Türkiyə mediasına istinadən bildirir ki, Fevzi K.-nın açdığı ilk atəş qardaşının ayağına tuş gəlib. O, ikinci atəşi açmaq istəyəndə ətrafdakılar maşının ətrafına yığılıb və stullarla maşını vurmağa başlayıblar. Bundan təlaşa düşən silahlı Fevzi K. hadisə yerindən qaçıb.

 

Ferdi K. ayağından yaralı halda xəstəxanaya çatdırılıb. Polis qaçaq cinayətkarın axtarışındadır.  Cinayətin səbəbi barədə heç bir məlumat yoxdur.

Müəllif: Ayna.az