İngiltərənin "HMS Kraliça Elizabet" adlı ən yeni təyyarədaşıyan gəmisi təlimləri yarımçıq qoyub.
AYNA publika.az-a istinadən xəbər verir ki, 4 milyard dollar dəyəri olan gəmidə su sızıntısı aşkar edilib.
Ölkə tarixində ən böyük və ən güclü gəmi kimi dəyərləndirilən bu gəmi 5 həftəlik nəzərdə tutulan təlimləri yarıda qoyaraq limana çəkilib.
İngiltərə Müdafiə Nazirliyinin mətbuat katibi 280 metrlik gəminin daxili sistemində problem aşkarlandığını deyib. Bildirib ki, problem nəzarət altına alınıb və araşdırma başlanıb.
Qeyd edək ki, "HMS Kraliça Elizabet" 2017-ci ilin dekabrında donanmanın istifadəsinə verilib. 2020-ci ildə vəzifəsinin icrasına başlaması nəzərdə tutulan gəmi 40 təyyarə daşıya bilir. 65 tonluq gəmi F-35-lərin daşınması üçün nəzərdə tutulub. "HMS Kraliça Elizabet"in inşasında 255 min kilometr kabeldən istifadə edilib. Gəmidə 1600 nəfərlik heyət işləyəcək.
Nəzərə çatdırırıq ki, "HMS Kraliça Elizabet"də daha əvvəl də bəzi texniki nasazlıq aşkara çıxmışdı