İŞİD Suriya torpaqlarının yüzdə 40 faizini işğal edib
Suriyanın Qamışlı şəhərində şənbə günü başlayan və bu gün başa çatan forumun mövzusu İŞİD olub.
AYNA xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq forumda 15 ölkədən jurnalist, alim, siyasətçi və tədqiqatçılar olmaqla yüzə yaxın insan iştirak edib.
Rojava Strateji Araşdırmalar Mərkəzi (NRLS) tərəfindən təşkil olunan forumda İŞİD üzvlərinin törətdiyi cinayətlər və Suriya Demokratik Qüvvələrinin (SDG) təşkilata qarşı mübarizədə rolu ilə yanaşı, qadın və uşaqlara qarşı hüquq pozuntularına dair bukletlər paylanılıb.
"Beynəlxalq İŞİD Forumu" adı ilə keçirilən forumda İŞİD-in qadınlara, uşaqlara, bəşəriyyətə, təbiətə və tarixə qarşı törətdiyi cinayətlər barədə hazırlanan sənədli film, video materiallar nümayiş olunub .
Forumda bildirilib ki, İŞİD Suriya torpaqlarının yüzdə 40 faizini işğal edib, 65 mini xarici vətəndaş olmaqla, yüz mindən çox üzvü olub. Bununla yanaşı hər ay 2 min namizəd qeydə alınıb. İŞİD mediadan düşmənlərini qorxutmaq üçün təbliğat vasitəsi kimi istifadə edib.
Qeyd olunub ki, İŞİD qeyri-insani əməllərlə cəmiyyətə təsir etməyə çalışıb. Qətliam, bombalı intihar aktlarını, vəhşicəsinə qətl üsullarını sosial media və digər vasitələrdən yayaraq cəmiyyətin psixologiyasını sındırmağa cəhd göstərib. Bu cür qeyri-insani tətbiqlərlə cəmiyyəti təsir altına almağa çalışıb. Amma ən dəhşətlisi isə İŞİD-ə qarşı çıxan hər kəsin "kafir" elan olunaraq öldürülməsi olub.