Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

Dünya

18.07.2020 - 05:42

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus daha bir həkimin ölümünə səbəb olub 

 

Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.

 

K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş