Tramp məşhur yazarın cinsi təcavüz ittihamına cavab verdi: <font color=red> “Tipim deyil”</font>

Dünya

25.06.2019 - 17:00

Tramp 75 yaşlı yazara təcavüz edib?

 

“Elle” jurnalının 75 yaşlı yazarı Ceyn Karrol ABŞ Prezidenti Donald Trampın 1990-cı illərdə bir ticarət mərkəzinin soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini iddia edib. Tramp isə “Bütün vicdanımla deyirəm, birincisi, o, mənim tipim deyil. İkincisi, belə bir hadisə olmayıb” – deyə cavab verib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə “The Hill” qəzetinə özəl açıqlama verən Tramp “Heç belə bir hadisə olmadı, tamammı?”- deyə bildirib.

 

Cümə günü “New York” jurnalına verdiyi müsahibəsində Trampın ona cinsi təcavüz etmək istədiyini iddia edən Karrol sonra “CNN”ə verdiyi açıqlamada Trampdan polisə şikayət etməyi düşündüyünü deyib.

Image result for Jean Carroll

Karrol 1990-cı illərin ortalarında Nyu-Yorkda bir ticarət mərkəzində Trampla qarşılaşdıqlarını qeyd edib. Bu zaman başqa bir qadın üçün  alt geyimi alan Trampın ondan məsləhət istədiyini və zarafata salaraq onun üçün modellik etməyi təklif etdiyini iddia edib.

 

Bundan sonra isə Trampın soyunma kabinetində üzərinə hücum çəkdiyini, onu divara dirəyərək cinsi təcavüzə cəhd etdiyini, ancaq şiddətli müqavimət göstərərək Trampa mane olmağı bacardığını qeyd edib.

 

ABŞ Prezidenti isə Carrolu yeni çıxacaq kitabının reklamı üçün əsassız iddialar ortaya atmaqda ittiham edir.

Müəllif: Ayna.az