Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya üçün toplaşacaq

Dünya

11.10.2019 - 15:05

Gələn həftə Suriyada baş verənlər müzakirə olunacaq

 

Oktyabrın 17-18-də Brüsseldə Avropa İttifaqı ölkələrinin növbəti sammiti keçiriləcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen bu barədə bəyan edib.

 

Məlumatda deyilir ki, toplantıda Suriyada Türkiyənin həyata keçirdiyi “Sülh bulağı” (Barış pınarı) əməliyyatı əsas müzakirə mövzusu olacaq.

 

Fransanın dövlət katibi deyib ki, Suriyada baş verən hərbi əməliyyat oranın dinc əhalisi üçün təhlükə yaradır. Bu səbəbdən Avropa İttifaqı Ankaraya qarşı sansiya da tətbiq edə bilər.

Müəllif: Ayna.az