A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Sabiq Prezident barəsində həbs qərarı çıxarıldı - Ayna.az

Sabiq Prezident barəsində həbs qərarı çıxarıldı

Dünya

09.08.2019 - 12:08

Correa haqqında çıxarılan həbs qətimkan tədbiri 3 keçmiş məmura da aiddir

 

Ekvadoru 10 il idarə etmiş sabiq prezident Rafael Correa haqqında açılmış istintaq nəticəsində həbs qərarı çıxarılıb.

 

AYNA xəbər verir ki, Ekvador KİV-lərinin verdiyi məlumata görə, hakim Daniella Camacho Baş Prokuror Diana Salazar tərəfindən aparılan “2012-2016 rüşvətləri” istintaqı çərçivəsində çərşənbə günü sabiq prezident Correanın həbsi tələbini təsdiqləyib.

 

Hakim Camacho həbs qətimkan tədbirinin qanuni olduğunu, vəzifədən gedəndən sonra Belçikada yaşayan Correanın məhkəməyə gəlməsi üçün başqa variant olmadığını söyləyib.

 

Correa haqqında çıxarılan həbs qətimkan tədbiri keçmiş Ekvador Prezidenti Xorxe Qlas və Odebrecht işi ilə əlaqədar altı il həbs cəzası almış, iki ilə yaxın həbsdə qalmış üç sabiq yüksək vəzifəli məmura da aiddir.

Son dakika… Ekvador’un eski devlet başkanına tutuklama kararı

Hakim Correa və üç sabiq məmurun tutulması üçün İnterpola müraciət ediləcəyini də bildirib. Correa və Glas üçün verilən həbs qərarı ilə yanaşı, keçmiş dövlət məmurları da daxil olmaqla 20 nəfərin ölkədən çıxışı qadağan edilib.

 

Haqqında 10-dan çox istintaq işi açılan, ancaq bu vaxtadək heç bir cəza almayan Correa 2017-ci ilin mayında vəzifəsindən ayrıldığı gündən bəri yaşadığı Belçikadan ölkəsinə qayıtmağa imtina edir.

Müəllif: Ayna.az