“Liderlər görüşlərə bir müddət fasilə veriblər”
Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderləri COVID-19-un iqtisadiyyata təsiri və gələcək büdcə üçün bərpa proqramı ilə bağlı hələ razılığa gələ bilməyiblər və Sammit yenidən təxirə salınıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Şurası Prezidentinin sözçüsü Barend Leyts bildirib. O, deyib ki, liderlər görüşlərə bir müddət fasilə veriblər.
Qeyd edək ki, 17-18 iyul tarixlərində keçirilməsi planlaşdırılan görüş razılığa gəlinmədiyi üçün təxirə salınmışdı.
Zirvə görüşündə 2021-2027-ci illərdə təxminən bir trilyon avroluq büdcəni təyin edən, yeni tip koronavirusun iqtisadi təsirlərinə qarşı hazırlanmış ümumi həcmi 750 milyard avro olan iqtisadi bərpa proqramı üzrə hazırlanacaq “Çoxillik Maliyyə Çərçivəsi” layihəsi müzakirə edilir.