Şimali Koreyadan yeni qalmaqallı xəbər var

Dünya

31.10.2019 - 18:10

Yaponiyaya raket atılması barədə xəbər yayılıb

 

Şimali Koreyadan (KXDR) Yaponiyaya raket atılması barədə xəbər yayılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyadan xəbər verilib.

 

ABŞ və Cənubi Koreya ilə diplomatik əlaqələrini gücləndirmək üçün bir müddət müsbət addımlar atan KXDR, oktyabrın 3-də raket sınaqlarını həyata keçirmişdi.

 

Yaponiya Sahil Mühafizəsi raketlərin təhlükəli olduğunu söyləsə də, ölkənin Eksklüziv İqtisadi Bölgəsindən kənara düşdüyünü əlavə etmişdi.

Müəllif: Ayna.az