ABŞ polisi aksiyanı işıqlandıran jurnalistlərə hücum edib

Dünya

22.07.2020 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

Çəkiliş qrupunun üzvləri vurulub və kameraları sındırılıb

 

ABŞ polisi Oreqon ştatının Portland şəhərində etiraz aksiyalarını işıqlandıran “Birinci kanal”ın jurnalistlərinə hücum edib. AYNA xarici mətbuata istinadən bildirir ki, asayiş keşikçiləri çəkiliş qrupunun üzvlərini vurub və kameralarını sındırıblar.

 

Portlanddakı etiraz aksiyaları polis zorakılığı nəticəsində qaradərili Corc Floydun ölümü səbəbindən vüsət alan iğtişaşlar fonunda başlayıb. Portlanddakı etirazçıları dağıtmaq üçün federal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Buna görə, ABŞ rəhbərliyi və Prezident Donald Tramp sərt tənqid edilib.

 

Qeyd edək ki, may ayında CNN televiziya qrupunun jurnalistləri də, Floydun öldüyü Minneapolis şəhərində iğtişaşları işıqlandırarkən tutulumuşdular. Daha sonra CNN-in müxbir və çəkiliş qrupu sərbəst buraxılmışdı. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş