İran körfəzində ələ keçirilən gəmi İraqa məxsusdur

Dünya

06.08.2019 - 00:48

İrandan qaçırılan yanacaq ərəb ölkələrinə daşınır

 

İranın rəsmi agentliyi, İran körfəzində ələ keçirilən gəminin İraqa aid olduğunu açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İrandan qaçırılan yanacağın ərəb ölkələrinə daşındığı iddia olunub.

 

Xəbər verdiyimiz kimi, İnqilab Keşikçiləri İran körfəzində qanunsuz yanacaq daşıyan gəmini ələ keçirərək, 7 dəniziçini nəzarətə götürmüşdü.

 

Qeyd edək ki, iranlı qaçaqmalçıların xaricə satmaq istəyi məhsulların, dövlət tərəfindən subsidiya edilmiş yanacaqlar olması ehtimal olunur.

Müəllif: Ayna.az