Tələfat və dağıntılar barədə məlumat verilmir
ABŞ-ın İraqın paytaxtı Bağdadda diplomatik nümayəndəliyinin yerləşdiyi “yaşıl zona” raket atəşinə tutulub. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Raket diplomatik korpusa bu gün atılıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, “yaşıl zona”ya bundan əvvəl də dəfələrlə raket zərbələri endirilib.