Pentaqondan açıqlama - <font color=red> Türkiyənin yolundan çəkildik</font>

Dünya

09.10.2019 - 11:43

"Lakin Suriya ilə bağlı hərbi mövqeyimizdə heç bir dəyişiklik yoxdur”

 

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözcüsü Conatan Hoffman Donald Trampın Suriya qərarı barədə açıqlama verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon sözcüsü Türkiyənin Suriyada ehtimal olunan əməliyyatlarında Trampın Pentaqonla müzakirə aparmadığını təkzib edib.

 

Hoffman bildirib ki, nazirlik sabitliyi təmin etməyin ən yaxşı yolunun Suriyada etibarlı baza qurmaq olması ilə bağlı mövqeyini dəyişməyib.

 

“Təəsüf ki, Türkiyə bu məsələdə tək tərəfli addım atmağı seçdi. Nəticədə Suriyanın şimalındakı ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün Türkiyəyə müdaxilə etməkdən imtina etdik. Lakin Suriya ilə bağlı hərbi mövqeyimizdə heç bir dəyişiklik yoxdur”, - deyə Hoffman vurğulayıb.

Müəllif: Ayna.az