"Instagram" və "Facebook"la bağlı problem yaşanıb
Bir sıra ölkələrdə "Instagram" və "Facebook" istifadəçiləri sosial şəbəkələrin işində yaranmış nasazlıqlardan şikayət ediblər.
AYNA xəbər verir ki, bu barədə ixtisaslaşmış "Downdetector" portalı bildirib.
Portalın məlumatına əsasən, əksər hallarda "Instagram"ın işində problemlərlə ABŞ, Böyük Britaniya və Almaniyadan olan istifadəçilər qarşılaşıblar. Onlar xəbər lentinin işində problem haqqında bildiriblər.
Bundan başqa, ABŞ, Almaniya, Fransa və Yaponiyadan olan istifadəçilər "Facebook"un işində problemlərdən şikayət ediblər. Ən çox problemlər xəbər lenti ilə (45%) iş vaxtı yaranıb.