Səudiyyə Ərəbistanı ərazisində atışma gedib

Dünya

12.09.2019 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Koalisiya qüvvələrinə aid pilotsuz uçuş aparatının husilər tərəfindən vurulduğu bildirilir

 

Dünən gecə saatlarında Səudiyyə Ərəbistanının Cazan vilayəti çoxsaylı hücumlara məruz qalıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Yəmən husiləri tərəfindən Səudiyyənin bir sıra hərbi düşrəgələrinə zərbələr endirilib.

 

Səudiyyə Ərəbistanı hökumətinin hələlik açıqlama vermədiyi hadisə nəticəsində, bir çox səudiyyəli əsgərin öldüyü və yaralandığı bildirilir.

 

Digər bir mənbədə isə qeyd olunur ki, Nərcan şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə aid pilotsuz uçuş aparatı husilər tərəfindən vurulub.

 

Qeyd edək ki, 2014-ci ilin sentyabr ayından Yəmənin paytaxtında husilər və hökumət qüvvələri arasında qarşıdurmalar başlayıb. Səudiyyə hökumətinin rəhbərlik etdiyi Ərəb Koalisiya Qüvvələri (ƏKQ) 2015-ci ilin mart ayından bəri husilərə qarşı Yəmən hökumətinə davamlı olaraq dəstək göstərir.  

 

Onu da əlavə edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2019-cu ilin iyun ayına olan hesabatına görə, 2016-cı ildən bəri qarşıdurmalar nəticəsində 70 min insan müharibənin qurbanı olub.

Müəllif: Ayna.az