ABŞ-da koronavirusdan ölənlərin sayı 125 min nəfəri ötüb

Dünya

27.06.2020 - 08:25

Birləşmiş Ştatlarda COVID-19-la bağlı son vəziyyət açıqlanıb 

 

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı 125 min nəfəri ötüb.

 

AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

 

Universitetin məlumatına əsasən, saat 05:30 üçün ABŞ-da koronavirusa yoluxanların sayı 2 467 510 nəfərə, koronavirusdan ölənlərinsayı isə 125 045 nəfərə çatıb.

 

Bildirilir ki, ölkədə koronavirusdan 670 mindən çox insan sağalıb.

Müəllif: Ayna.az