Öldürülən terrorçunun telefonundakı görüntülər izləyənləri dəhşətə gətirdi - <font color=red> VİDEO</font>

Dünya

04.11.2019 - 14:39

Evə basqın edən terrorçular qışqırıq içində qalan qadın və uşaqları vəhşicəsinə qətlə yetiriblər

 

“Sülh çeşməsi” əməliyyatı zamanı Ras-ul Ayn şəhərində öldürülən bir terrorçunun mobil telefonundakı dəhşətli görüntülər yayılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, görüntülərdə PKK/YPG terroçularının kənd yerində bir evə basqın edərək qadın və uşaqları öldürməsi yer alıb.

 

Qapını sındıraraq evə basqın edən terrorçular daha sonra qorxu və qışqırıq içində qalan qadın və uşaqları vəhşicəsinə qətlə yetiriblər.

Müəllif: Ayna.az