Tramp Milli Qəhrəmanların heykəlləri olan parkın yaradılacağını elan edib
ABŞ Prezidenti Donald Tramp etiraz aksiyaları zamanı bir çox abidələrin dağıdılmasından sonra Milli Qəhrəmanların heykəlləri olan parkın yaradılacağını elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, Prezident Raşmor dağındakı abidənin önündə çıxışı zamanı parkın açıq havada olacağını və burada yalnız ən böyük “keçmiş nəhənglər”in abidələrinin yerləşəcəyini vurğulayıb.
Qeyd edək ki, son həftələrdə ABŞ şəhərlərində irqçiliyə qarşı etirazlar abidələrin alçaldılmasına və məhv edilməsinə səbəb olub. Aksiya iştirakçıları təkcə Konfederasiya xadimlərinin abidələrini deyil, eyni zamanda Amerikanı kəşf edən Xristofor Kolumbun, ABŞ-ın ilk Prezidenti və qurucularından biri Corc Vaşinqtonun, habelə dövlət himninin müəllifi Frensis Skott Keyin də abidələrini məhv ediblər.