Etirazçlılarla polis arasında yaşanan qaşıdurmada çox sayda vətəndaş həbs olunub
Honkonqda etirazçılarla polis arasında qarşıdurma yaşanıb. AYNA “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, Honkonqun Çin Xalq Respublikasının tərkibinə qatılmağının 22-ci il dönümündə yenə ortalıq qarışıb.
Əlamətdar günlə bağlı yürüş etmək istəyən aksiyaçılar polislər tərəfindən saxlanılıb. Etirazçlılarla polis arasında yaşanan qaşıdurmada çox sayda vətəndaş həbs olunub.
“Admiralty” və “Wan Chai” bölgələri arasında yürüş etmək istəyən vətəndaşlara 200-dən çox polis göz yaşardıcı qazla müdaxilə edib. Bundan sonra iştirakçılar fərqli marşrut üzrə yürüşə davam ediblər.