Koronavirus can almaqda davam edir
ABŞ-da COVID-19 virusuna 3 707 023 nəfər yoluxub və 140 105 nəfər koronavirusun qurbanı olub.
AYNA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, epidemiya başlayandan etibarən dünyada infeksiyaya 14 231 248 nəfər yoluxub, bunlardan 601 mindən çoxu vəfat edib, bir milyondan artığı isə sağalıb.