"Rusiya Federasiyasını Atəşkəs Sazişini yerinə yetirməyə çağırırıq"

Dünya

06.08.2019 - 17:01

Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi Russiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü ilə əlaqədər müraciət yayıb. 

 

AYNA həmin müraciətin mətinini təqdim edir: 

 

"2019-cu ilin avqustun 8-də Rusiya tərəfindən Gürcüstana qarşı geniş miqyaslı hərbi təcavüzünün və Gürcüstanin ayrılmaz regionları olan Abxaziya və Tsxinvali regionlarının Cənubi Osetiyanın işğalının 11-ci ildönümü tamam olur.  Gürcüstan höküməti və beynəlxalq birliyinin cəhd göstərməyinə baxmayaraq, artıq 11 ildir ki, Russiya qanunsuz və təxribatçı hərəkətlərini davam etdirir və bu, ilbəil işğal altında olan bölgələrdə təhlükəsizlik, insan haqları və humanitar vəziyyəti ağırlaşdırır. Rusiya Federasiyası, AB-nin vasitəçiliyi ilə 12 Avqust 2008-ci il tarixli atəşkəs sazişinə əməl etmir və silahlı qüvvələri geri çəkmək əvəzinə, Gürcüstanın işğal olunmuş ərazilərindəki hərbi mövcudluğunu gücləndirir. Eyni zamanda, Moskva Abxaziya və Tsxinvali bölgələrini zəbt etmək üçün addımlar atır. 

 

Davamlı təxribatlar, məsələn, tikanlı məftillər, qanunsuz həbslər, etnik ayrıseçkilik, Gürcüstan vətəndaşlarının həyatına qəsd, sərbəst hərəkətə qoyulan məhdudiyyətlər, ana dilində təhsilə qadağa qoyulması və s., müharibə və münaqişələrdən əziyyət çəkən əhali üçün ağır bir yükdür. Eyni zamanda, Russiya aktiv şəkildə hibrid alətlərdən istifadə edir və özünə sərf edən mesajları yayaraq, o cümlədən, tarixi saxtalaşdıraraq, "yeni bir reallıq" tətbiq etməyə çalışır.

 

Gürcüstan höküməti beynəlxalq birliyin Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, həmçinin münaqişənin sülh yolu ilə həll edilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirir. Gürcüstan tərəfi beynəlxalq birliyə müraciət edərək, birləşdirilmiş səylərini müharibənin nəticələrinin aradan qaldırılmasına və Russiya-Gürcüstan münaqişəsini beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinə yönəldməsini xahiş edir. 

 

Gürcüstan tərəfi, bir daha, Rusiya Federasiyasını Gürcüstan ərazilərində qanunsuz hərəkətlərinə son qoymağa, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Gürcüstanın işğal olunmuş ərazilərində qondarma müstəqilliyi tanıma qərarını dəyişməyə və Avropa Birliyinin vasitəçiliyi ilə 2008-ci ilin Atəşkəs Sazişini yerinə yetirməyə çağırır.

Müəllif: Ayna.az