Ərdoğan: “ABŞ və Rusiya vədlərə əməl etmir”

Dünya

05.11.2019 - 18:47

YPG hələ də Suriya ərazisini tərk etməyib

 

ABŞ və Rusiya Suriya mövzusunda verilən vədləri yerinə yetirsə, Türkiyə də razışlaşmalara riayət edəcək.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

 

Lakin Ərdoğan bildirib ki, Vaşinqton və Moskva ilə əldə olunan razışlaşmaların əksinə olaraq, YPG Suriya ərazisini hələ də tərk etməyib.

 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edən Ərdoğan ABŞ-ı ittiham da edib: “ABŞ hələ də Suriya ərazisində YPG ilə birgə neft istehsal etməyin yollarını axtarır”.

 

“Amma terrorçular məhv olana qədər Türkiyə Suriya torpaqlarında fəaliyyətini davam etdirəcək və hər kəs bunu yaxşı başa düşməlidir”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Qeyd edək ki, “Sülh çeşməsi” əməliyyatının dayandırılması üçün, ABŞ və Rusiya YPG-nin Suriya ərazisindən çıxacağını Türkiyəyə söz vermişdi və bununla bağlı razılaşma əldə olunmuşdu.

Müəllif: Ayna.az