"Hansısa mərhələdə biz bunu reallaşdıracağıq”
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin dəvətini dəyərləndirərək, bu ölkəyə səfər etmək niyyətində olduğunu deyib. Ancaq o, səfərin vaxtı barədə məlumat verməyib.
AYNA APA-ya istinadən xəbər verir ki, amerikalı lider bu barədə Kemp-Deviddəki iqamətgahına getməzdən əvvəl Ağ Evdə jurnalistlərlə görüşərkən deyib.
“Mən Polşaya bir az gec getməyə hazırlaşıram. Bizim Polşa ilə çox yaxşı münasibətimiz var və biz ora mütləq gedəcəyik. Angela Merkel məni Almaniyaya səfərə dəvət edib. Hansısa mərhələdə biz bunu reallaşdıracağıq”, - prezident belə deyib.
Qeyd edək ki, Tramp Polşaya 1-2 sentyabr tarixlərində getməli idi. ABŞ lideri bu səfərini ölkəyə yaxınlaşan qasırğalar səbəbindən təxirə salıb.