İyirmi doqquz günlük körpə koronavirusdan ölüb
Dünya üzrə koronavirusdan ən azyaşlı ölümü qeydə alınıb. AYNA xarici mediya istinadən xəbər verir ki, Filipinin Batangas bölgəsində dünyaya gələn körpədə az sonra COVID-19 aşkarlanıb.
Bir neçə gün sonra körpənin tənəffüs sistemində problem yaranıb və boğulan, septik şok keçirən körpənin həyatını qurtarmaq mümkün olmayıb. Faktı ölkənin Səhiyyə nazirinin köməkçisi də təsdiqləyib.