“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeni hökumət quracaq”
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində birinci yeri qazandıqdan sonra yeni hökumət quracaq. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyan deyib.
Baş nazir bildirib: ““Vətəndaş Müqaviləsi” Partiyasını nailiyyəti və qələbəsi münasibətilə təbrik etmək istəyirəm. “Vətəndaş Müqaviləsi” parlament çoxluğunu təmin edib və buna görə də hökuməti formalaşdıracaq".
Qeyd edək ki, 8 iyun tarixində Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının səslərin 49 faizdən çoxunu aldığını açıqlayıb. Bu gün saat 09:20-ə olan məlumata görə, hakim partiya təxminən 715.000 səs toplayıb ki, bu da 49,82 faiz edir.
İlkin məlumatlara görə, ikinci yeri 23,33 faiz səslə rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, tutur. Üçüncü yeri isə 9,95 faiz səslə keçmiş Prezident Robert Köçəryanın "Ermənistan" bloku tutur.