Husilər Qırmızı dənizdə İsrail gəmiçiliyinə qadağa qoyublar

Dünya

08.06.2026 - 16:55

“Bütün düşmən hərəkətlərini silahlı qüvvələrimiz üçün hərbi hədəf hesab edirik"

Yəmən “Ənsar Allah” hərəkatının bir hissəsi olan Husilər Təl-Əviv yaxınlığındakı hədəflərə raket hücumu təşkil edib və Qırmızı dənizdə İsrail gəmiçiliyinə tamamilə qadağa qoyduqlarını elan ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə Husilərin bəyanatında qeyd edilib.

Bəyanatda deyilir: "Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa ərazisində (Tel-Əviv nəzərdə tutulur) İsrailin mühüm düşmən hədəflərinə raketlər atıb və onlar hədəflərini dəqiq vurublar".

Husilər həmçinin "Qırmızı dənizdə İsrail düşməni üçün dəniz gəmiçiliyinə tam və mütləq qadağa" elan ediblər.

Bəyanatda vurğulanır: "Bu bəyanatın verildiyi andan etibarən bütün düşmən hərəkətlərini silahlı qüvvələrimiz üçün hərbi hədəf hesab edirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş