Müsəlman dünyasını silkələyəcək ölüm xəbəri yayılıb

Dünya

06.09.2019 - 11:49

Misir Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb

 

Misirin keçmiş Prezidenti Məhəmməd Mursinin oğlu Abdullah Mursi ötən gecə infarkt keçirərək dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Misir Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.

 

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Abdullah Mursi, cari ilin iyununda atasının məhkəmə zamanı həyatını itirməsindən sonra fəal ictimai-siyasi proseslərə qoşulmuşdu. O, Misir Prezidenti Abdulfəttah əs-Sisi və digər dövlət adamlarını atasının ölümündə günahlandırmağa başlamışdı.

Bununla da kifayətlənməyən Mursi, onların ünvanına yazdığı təhdid dolu paylaşımları ilə bütün diqqəti öz üzərinə çəkmişdi.

 

Xatırladaq ki, “Müsəlman qardaşları” təşkilatının lideri olan və Misirin demokratik seçki yolu ilə hakimiyyətə gəlmiş ilk Prezidenti olan M.Mursi, hərbi çevriliş nəticəsində hakimiyyətdən endirilib. O, uzun illər istintaq altında saxlanılıb və 2019-cu ilin iyun ayında məhkəmə salonunda vəfat edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə