Əfqanıstanda terror aktı törədilib, təlafat var

Dünya

10.10.2019 - 14:15

Hadisə ilə bağlı Taliban hələ ki açıqlama verməyib

 

Əfqanıstanın Faryab vilayətində partlayış baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

 

Hadisəyə şahidlik edənlər partlayış nəticəsində bir neçə hərbi texnikanın zədələndiyini bildiriblər.

 

Yerli mənbələrdən verilən məlumatda isə partlayışın Taliban tərəfindən törədildiyi vurğulanıb.

 

Lakin hadisə ilə bağlı Taliban hələ ki açıqlama verməyib.

Müəllif: Ayna.az