ÜST koronavirusla bağlı son vəziyyəti açıqlayıb

Dünya

18.07.2020 - 03:24

Həkimlər Klinikalar SEO Xidməti

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb 

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 237 mindən çox artıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

İyulun 17-ı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 237 743 nəfər yeni koronavirusa yoluxub, 5 682 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 13 616 593, ölənlərin isə 585 727 nəfərə çatıb.

 

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 7 154 840 yoluxma və 297 855 ölüm halı.

 

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 987 256, ölənlərin sayı isə 205 006 nəfərə çatıb.

 

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 346 982 yoluxma və 33 281 ölüm halı qeydə alınıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş