Tramp həm də bildirib ki, ABŞ-ın Suriyadakı hərbi bazalarında Ərdoğana heç bir dəstək verməyəcək
Suriyada baş tutan hərbi əməliyyatlarla əlaqədar olaraq, ABŞ Prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirib.
AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Tramp Türkiyəyə ABŞ-dan icazəsiz hərbi addımlar atdığı üçün təhdidlər ünvanlayıb.
Maraqlıdır ki, Trampın bu təhdidi ABŞ-ın silahlı qoşunlarını Suriyadan çəkməsindən sonra baş verib.
Tramp həm də bildirib ki, ABŞ-ın Suriyadakı hərbi bazalarında Ərdoğana heç bir dəstək verməyəcək.
Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin Suriyada PKK-ya məxsus ərazilərdə baş tutacaq əməliyyatları dayandırılıb.