Tramp Türkiyənin müdafiəsinə qalxdı: “Saxta məlumatlar yayılır”

Dünya

15.10.2019 - 11:46

“ABŞ News” telekanalı türklərə qarşı kampaniyaya başlayıb

 

Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatlarına qarşı keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ilə bağlı Qərb mediasında ziddiyətli xəbərlər dolaşır. AYNA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bununla bağlı “ABŞ News” televiziyasını tənqid edib.

 

Belə ki, “ABŞ News” telekanalı ABŞ-da silah nümayişi zamanı meydana gələn güclü partlayışın görüntülərini “Sülh çeşməsi” əməliyyatı adi ilə yayımlayaraq, türklərə qarşı kampaniyaya başlayıb.

 

Başlıq olaraq “Suriyada qırğın” kimi təqdim olunan görüntülərdə Türkiyə ordusunun İŞİD-ə qarşı döyüşən kürd yaraqlılarını bombaladığı qeyd olunur.

 

Donald Tramp isə telekanalın bu xəbərinə “Twitter” hesabında sərt reaksiya verib: “Türklərin Suriyanı bombalaması ilə bağlı saxta videolar yayımlanır. Həqiqətən də rüsvayçılqıdır”.

Müəllif: Ayna.az