ÜST etiraf etdi: Çin pandemiyanın yayılması barədə rəsmi məlumat verməyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin koronavirus pandemiyasının başlaması barədə təşkilata rəsmi məlumat vermədiyini etiraf edib. AYNA xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.
Məlumata görə, ÜST rəsmiləri ABŞ mediyasına göndərilən press-relizdən sonra virusdan xəbər tutublar. Bu o deməkdir ki, pandemiyanın yayılması barədə ÜST-ə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp pandemiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri görmədiyi və Çini tərəfdarı olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatını tənqit etmiş və ÜST-ə yardımları dayandırmışdı.