Suriyada kütləvi qətliam

Dünya

20.08.2019 - 22:41

2015-ci ildən bəri müxalifətin nəzarətinə keçib

 

Suriya İnsan Haqları Təşkilatı yeni məlumatla gündəmə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın hesabatında Əsəd rejimi ilə İran-Rusiya birləşmiş qüvvələrinin İdlibə hücumları nəticəsində 843 nəfərin öldüyü qeyd olunub.

 

Suriyanın şimal-qərbində yerləşən İdlib, vətəndaş müharibəsi başlanan gündən müxalifətin dayaq nöqtəsi kimi tanınmağa başlayıb. Əhalisinin 4 milyon nəfərə çatdığı bildirilən şəhər, 2015-ci ildən bəri müxalifətin nəzarətinə keçib.

 

Qeyd edək ki, 2018-ci ilin sentyabrında Rusiyanın Soçi şəhərində imzalanmış müqaviləyə baxmayaraq, rejim hələ də geri addım atmayıb və hücumların sayını artırıb.

Müəllif: Ayna.az