Türkiyədə sağalan xəstə sayı virusa yoluxanların sayını üstələməkdədir
Koronavirus xəstələrinin sayı 4 milyon 22 min 416-ya çatıb.
AYNA xəbər verir ki, müalicə alanlardan 3 milyon 964 min 872 nəfərdə xəstəliyin simptomları yüngül keçərkən, 57 min 544 nəfər xəstənin vəziyyəti ağır olaraq dəyərləndirilir. Müalicə alan xəstələrin sayı artdıqca ölkələrin səhiyyə sistemlərinin də yükü artır.
Qonşu ölkə Türkiyədə də koronavirus xəstələrinin sayında azalma müşahidə olunur. Türkiyədə sağalan xəstə sayı virusa yoluxanların sayını üstələməkdədir. 24 apreldən etibarən müalicəsi davam etdirilən xəstələrin sayı yeni yoluxanların sayını üstələməyə başlayıb. Bu rəqəm 24 apreldə 80 min 575 idisə, 3 iyundan azalaraq 30 min 961 nəfər olub. 26 iyun tarixinə görə 22 min 248 koronavirus xəstəsi var. Xəstələrdən 963-ü reanimasiyada, 382-si suni tənəffüs aparatında müalicə alır.
Qeyd edək ki, dünyada müalicəsi davam etdirilən koronavirus xəstələrinin sayı 7 apreldə 1 milyonu, 18 apreldə 1.5 milyonu, 30 apreldə 2 milyonu, 14 mayda 2.5 milyonu, 30 mayda 3 milyonu, 17 iyunda 3.5 milyonu keçib.