Türkiyədə COVID-19 daha 19 nəfərin həyatına son qoyub

Dünya

02.07.2020 - 04:11

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölənlərin ümumi sayı 5 150 nəfərə çatıb

 

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 150 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 192 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 201 098 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 311 nəfər olmaqla 175 422 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş