İran nüvə silahı hazırlamaq yolunu seçir

Dünya

07.07.2019 - 12:47

"Bu gün biz uranın saflaşdırılması razılaşmasında bəzi öhdəliklərimizdən imtina edirik"

 

İran yüksək səviyyədə uranın zənginləşdirilməsinə başlayır. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Abbas Araqçı açıqlama verib.

 

"Bu gün biz uranın saflaşdırılması razılaşmasında bəzi öhdəliklərimizdən imtina edirik"-deyən nazir İranın uranı istənilən səviyyədə saflaşdırmağa hazır olduğunu bildirib. O, bu prosesin ancaq İran üzərinə qoyulan bütün sanksiyalar götürüldükdən sonra dayandıra biləcəklərini söyləyib.

Müəllif: Ayna.az