Türkiyədə COVID-19 daha 18 nəfərin həyatına son qoyub

Dünya

18.07.2020 - 02:04

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib

 

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.

 

AYNA-nın məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 458 nəfərə çatıb.

 

Nazirin sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 926 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib.

 

Son gün ərzində 1 014 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 199 834 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş