Musa Arat: "Bu günədək zərrə qədər sadiqliyin qarşılığını görmədik”
Konyanın keçmiş rəhbəri Musa Arat AKP-dən istefa verib. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə Arat sosial şəbəkədə yazıb:
“Sədaqət və qardaşlıq duyğularını danışdırmaq lazımdırsa: 17 oktyabr 2017-ci ildən bu günədək zərrə qədər sadiqliyin qarşılığını görmədik”.
Qeyd edək ki, Musa Arat sabiq Baş Nazir Əhməd Davudoğluna yaxınlığı ilə tanınır.