Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Dünya

23.07.2020 - 20:54

Çavuşoğlu və Lavrov Ermənistanın son təxribatlarını müzakirə ediblər

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun arasında telefon söhbəti olub.

 

AYNA-nın APA-ya istinadla verdiyi məlumata görə, nazirlər turizm və Liviya mövzusunda müzakirələr aparıblar.

 

Bundan əlavə, Azərbaycana hücumları ilə əlaqədar nazirlər Ermənistanla bağlı da fikir mübadiləsi ediblər.

Müəllif: Ayna.az